Hüseyn Cavid bağında “Pulsuz Wi-Fi” quraşdırıldı
Bizi izləyin

İKT

Hüseyn Cavid bağında “Pulsuz Wi-Fi” quraşdırıldı

Hüseyn Cavid bağında “Pulsuz Wi-Fi” quraşdırıldı.

Publika.az bildirilir ki, “Baktelecom”dan verilən məlumata görə, “Pulsuz Wi-Fi”ın əhatə dairəsi genişlənir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən artıq paytaxt sakinləri və şəhərimizin qonaqları Hüseyn Cavid bağında da istifadə edə bilərlər.

Qeyd edək ki, indiyədək "İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.

Yaxın vaxtlarda Dədə Qorqud parkı da "Pulsuz Wi-Fi" xidmətinin əhatə zonasına daxil ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm