"Microsoft" masaüstü "Skype" xidmətinə bir neçə funksiya əlavə etdi
Bizi izləyin

İKT

"Microsoft" masaüstü "Skype" xidmətinə bir neçə funksiya əlavə etdi

"Microsoft"un mütəxəssisləri "Skype" xidmətinin fərdi kompüterlər üçün beta versiyası üzərində sınaqlara başlayıblar.

Publika.az "Yahoo News"a istinadən bildirir ki, bu barədə korporasiyanın rəsmi bloqunda məlumat yayılıb. "Skype" servisinin yeni masaüstü versiyasında əvvəllər yalnız messencerin mobil versiyasında mövcud olan funksiyalar istifadəyə verilib.

Bundan başqa, proqramın dizaynı üzərində də xeyli iş görülüb.

İndi, məsələn, sadəcə "@" simvolu vasitəsilə istifadəçilərin adını sadalamaqla konfranslarda onları xatırlamaq olar. Bu özəllik əvvəllər yalnız "Skype" xidmətinin "iOS" və "Android" mobil əməliyyat sistemlərində əlçatan idi.

Yeni masaüstü "Skype" servisi dəyişilmiş bildirişlər paneli, həmçinin qalereya (indi mesajlarda göndərilmiş sənəd, istinad və media faylları asanlıqla tapmaq mümkündür) əldə edib.

Daha bir yenilik qrup zəngləri ilə bağlıdır. İndi sadə manipulyasiyaların köməyilə reaksiyalarla mübadilə etmək mümkündür. Yeni "Skype"ın ilkin versiyası hələ ki yalnız "Skype Insider" proqramının iştirakçılarına əlçatandır, ancaq tezliklə hamı yeni messenceri yükləyə biləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm