İKT
Azercell-in 4G sürəti indi Gəncədə!
Lider mobil operator Azərbaycanın ikinci ən böyük şəhərinin 99% ərazisini 4G şəbəkəsi ilə təmin etdi.
Yalnız paytaxt Bakını deyil, ölkənin bütün bölgələrini yüksək
sürətli mobil internet xidmətləri ilə təmin etməyi vəd etmiş
Azercell Telekom artıq Azərbaycanın ikinci ən böyük şəhəri olan
Gəncədə 4G xidmətini abunəçilərinin ixtiyarına verib. Şəhərdə tam
olaraq 23 baza stansiyası quraşdırılıb ki, bu da Gəncənin 99%-inin
4G şəbəkəsi ilə təmin olunması deməkdır.
“Söz verdiyimiz kimi, Azercell regionlarda da 4G şəbəkəsini qurur
və qədim şəhərimiz Gəncədəki abunəçilərimiz artıq bu xidmətdən
faydalana biləcəklər. Abunəçilərimizin yüksək sürətli mobil
internetə olan tələbatı daim artdığına görə biz ölkə ərazisində 4G
şəbəkəsini genişləndirməkdə davam edirik. Məqsədimiz odur ki,
Azercell abunəçiləri bütün ölkə ərazisində yüksək keyfiyyətli
xidmət və sürətli internetdən yararlana bilsinlər. Xoş bir məqamı
da vurğulamaq istərdim ki, bir neçə gündən sonra, sentyabrın 17-də
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə marafon keçiriləcək.
Azercell Telekom Gəncə Marafonunun əsas tərəfdaşıdır və biz
çalışdıq ki, 4G şəbəkəsini məhz bu möhtəşəm tədbir ərəfəsində həm
gəncəlilərin, həm də marafon iştirakçılarının istifadəsinə verək ”
– deyə, şirkətin prezidenti Vahid Mürsəliyev bildirib.
Ümumilikdə, ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahib olan Azercell mobil internetlə bağlı müsbət dinamikanı davam etdirir. 2017-ci ildə Azercell-in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə 5 dəfə artlb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb. Ötən il ərzində Azercell 4G şəbəkəsini 84.1% gücləndirib. 2017-ci ilin sonuna qədər Azercell Telekom respublikada 127 ədəd 4G stansiyası istifadəyə verməyi planlaşdırıb ki, bunun da 33-ü Bakı, Abşeron və Sumqayıt, 94-ü isə bölgələrin payına düşür. Qeyd edək ki, Azercell Telekom şəbəkəsini genişləndirmək və xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, müştəriləri üçün sürətli interneti daha əlçatan və əlverişli etmək istəyir. Bu məqsədilə şirkət öz abunəçiləri üçün müxtəlif qüzəştli tarif paketləri və eksklüziv kampaniyalar təklif edir. Azercell-in xidmətləri və tarifləri haqında daha ətraflı məlumatı www.azercell.com saytından əldə edə bilərsiz.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...