Kiberhücumlar üzrə milli məlumat bazası yaradılır
Bizi izləyin

İKT

Kiberhücumlar üzrə milli məlumat bazası yaradılır

Fərmana əməl etməyən orqanlar, şirkət və operatorlar ciddi şəkildə cərimələnəcəklər.

Çin Xalq Respublikasında mərkəzləşdirilmiş, kiberhücumlar haqqında informasiya toplusundan ibarət milli məlumat bazası yaradılacaq. Sözügedən bazanın yaradılması istiqamətində işlərə başlanılıb. Bunun üçün telekommunikasiya və internet şirkətləri, eləcə də domen və provayderlər bütün təhlükəli vəziyyətləri hökumətə xəbər verməlidirlər.

Publika.az xəbər verir ki, Çinin Sənaye və Məlumatlandırma Nazirliyinin fərmanına əsasən həyata keçiriləcək layihə üçün biznes və dövlət orqanlarının nümayəndələri milli məlumat bazasına təhlükəsizlik hadisələri haqqında informasiya ötürəcəklər.

Son zamanlar Çin hökuməti tərəfindən atılan ən ciddi addımlardan biri kimi sözügedən təhlükəsizlik sisteminin yaradılmasında əsas məsuliyyət Sənaye və Məlumatlandırma Nazirliyinin üzərinə düşür. Gələn ilin yanvar ayının 1-dən qüvvəyə minəcək fərmana əməl etməyən orqanlar, şirkət və operatorlar ciddi şəkildə cərimələnəcəklər.

Yeni qanun genişmiqyaslı infrastruktur və özəl sektorun kiberhücumlardan müdafiəsini tam təmin edəcək. Bütün xırdalıqlar üzərində ciddi çalışan mütəxəssislər kiberməkanda fövqəladə vəziyyətlərə rəsmi olaraq münasibət bildirmək üçün ümummilli plan da qəbul ediblər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm