Azərbaycanda yeni kompüter oyunlari hazırlanacaq
Bizi izləyin

İKT

Azərbaycanda yeni kompüter oyunlari hazırlanacaq

Azərbaycanda tarixi mövzularda yeni kompüter oyunları hazırlanacaq.

Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda qeyd edilib.

Proqramda Azərbaycanın tarix və mədəniyyətini əks etdirən, gənclərin inkişafına təsir göstərən kompüter oyunları və mobil tətbiqi proqramların hazırlanması, gənclərin bilik və bacarıqlarını inkişaf etdirən rəqəmsal məhsulların yaradılması qeyd olunub.

Proqramda həmçinin internet jurnalistikası, bloqçuluq sahələrində və sosial şəbəkələrdən gənclərin səmərəli istifadəsi üçün bacarıqlarının inkişaf etdirilməsi məsələsi də əks olunub.

Bu işlərin görülməsi Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm