• USD 1,7008 0,00% EUR 2,0296 -0,23%
    • GBP 2,3031 -0,29% RUB 0,0295 +0,34%

EHTİYATLI OLUN: Blutuz vasitəsilə 10 saniyəyə qurğunu məhv edən virus aşkarlandı

  • İKT
  • 16 Sentyabr 2017 23:46
  • 575 Baxış
EHTİYATLI OLUN: Blutuz vasitəsilə 10 saniyəyə qurğunu məhv edən virus aşkarlandı

Armis Labs firmasının mütəxəssisləri qurğunu Bluetooth vasitəsilə 10 saniyəyə dağıtmağa qadir olan virus aşkarlayıblar.

Publika.az xəbər verir ki, Blueborne adlandırılan virus kompüterlər və mobil qurğulara nəzarət etmək imkanı yaradır. Bu zaman yoluxdurma üçün Bluetooth-u işə salmaq kifayətdir. Sındırılma prosedurunun özü isə cəmi 10 saniyə vaxt aparır.

Armis Labs ekspertləri vurğulayıblar ki, BlueBorne, həmçinin kibercasusluq, məlumatların oğurlanması, pul qoparmaq niyyəti güdən proqramların tətbiqi məqsədləri ilə istifadə oluna bilər. Aşkar edilmiş zəif nöqtələr Android, Linux, Windows və iOS-un onuncu versiyalarınadək bütün qurğularda mövcuddur. Bluetooth-u olan bütün belə qurğuların sayı dünyada 8,2 milyarda çatır. (Azərtac)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>