"Turan"ın bank hesabları açıldı
Bizi izləyin

İKT

"Turan"ın bank hesabları açıldı

Vergilər Nazirliyi "Turan" İnformasiya Agentliyinin (İA) bank hesablarını açıb.

Bu barədə "Turan" məlumat yayıb.

Bununla belə, agentliyə qarşı qaldırılmış cinayət işinə xitam verilib-verilmədiyi hələ dəqiq məlum deyil.

Xatırladaq ki, Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti bu ilin avqustunda “Turan” agentliyinə qarşı 37 min manat əlavə vergi hesablayıb və cinayət işi qaldırıb. Sentyabrın 12-də nazirlik qeyd olunan məbləğlə bağlı qərarını ləğv edib.

“Turan” agentliyinin avqustun 24-də həbs edilmiş direktoru Mehman Əliyev isə sentyabrın 11-də azadlığa buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm