• USD 1,7000 0,00% EUR 1,9906 +0,01%
    • GBP 2,2728 +0,01% RUB 0,0276 -0,36%

Azərbaycanda “ANALOQU” OLMAYAN XİDMƏT: 7 milyon insan belə aldadılır

  • İKT
  • 21 Sentyabr 2017 13:45
  • 1 620 Baxış
Azərbaycanda “ANALOQU” OLMAYAN XİDMƏT: 7 milyon insan belə aldadılır

Son zamanlar internet istifadəçilərinin sürətin aşağı olması, internetin tez-tez kəsilməsi ilə bağlı provayderlərdən şikayətləri artıb. İstifadəçilər internet üçün ödədikləri pulun müqabilində lazım olan sürəti ala bilməmələrindən narazılıq edirlər. Provayderlə dava-dalaşdan sonra bir müddət problem həll olur, sonra yenidən eyni vəziyyət. Provayderi dəyişmək də problem həll etmir. Çünki bir müddət sonra problemlər təkrarlanır.

Ölkə vətəndaşlarının internetdən narazılığı beynəlxalq siyahılarda da əks olunur. 189 ölkə üzrə aparılmış tədqiqat nəticəsində məlum olub dünyanın ən sürətli genişzolaqlı interneti Sinqapur, İsveç və Tayvandadır. Bu siyahıda ABŞ 21-ci, Kanada 26-cı, İngiltərə isə 31-ci yerdə qərarlaşıb. Azərbaycan bu siyahıda 102-ci, Rusiya 43-cü yerdədir.

Ölkəmizdə internetin sürəti aşağı olsa da, qiymət baxımından bir çox ölkələrdən əməlli-başlı öndəyik.

“Content Review” analitik şirkətinin hesabatında ən ucuz mobil internetin olduğu ölkələrin reytinq siyahısında birinci yerdə İran, ikinci yerdə Rusiya, üçüncü yerdə isə Polşa qərarlaşıb. İranda 1 GB internetin qiyməti 40 qəpik təşkil edir. Rusiyada 1 GB internetin qiyməti 3 manat 65 qəpik, Polşada bundan bir az bahadır. Reytinq tərtib olunarkən mütəxəssislər 1 GB internet həcminin ötürülmə qiymətini nəzərə alıblar. Bu reytinqdə ən bahalı internet Böyük Britaniyadadır. Burada 1 GB internetin ötürülməsi 34 manat 66 qəpiyə başa gəlir.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Publika.az-a açıqlamasında son vaxtlar internetin sürəti ilə bağlı yaşanan problemləri bu sadəcə nəzarətin az olması ilə əlaqələndirib:

“Bura həm dövlət, həm də ictimai nəzarəti aid edə bilərik. Bu nəzarətsizlikdən istifadə edən provayderlər daha çox pul qazanmaq istəyir. Ölkədə 35-ə qədər provayder interneti, ya Delta Telekom, ya da AzTelekomdan alıb, əhaliyə satmaqla məşğuldur. Provayder internet müştərilərinin sayına uyğun almalı, satarkən də sürət və say bölgüsünə nəzarət etməlidir. Lakin bizdə bu alqı-satqı məsələsində provayder müştərilərinin sayını nəzərə almır, az alır, çox satır. Problemlər də bundan qaynaqlanır. Mobil operatorların internet xidməti eyni bu cürdür. Bizim mobil operatorların aldığı və satdığı internetin rəqəmlərinə baxsaq, dünyada anoloqunun olmadığını görərik. 10 geqabit sürəti alıb 2-3 milyona satmağın izahı elmdə yoxdur, amma bizdə mümkündür. Bunun qarşısını almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün ölkə ərazisində, insanların çox toplaşdığı yerlərdə, magistral, dəmir yol xətlərinin ətrafında monitorinq aparmalıdır. Şəhərdən çıxan kimi internet kəsilməməsi üçün daim nəzarət olmalıdır. Bu gün şəhər mərkəzində bəzi nazirliklərin binalarının ətrafında internetin sürəti aşağı səviyyədədir. Bir sözlə, provayderlər istifadəçilərə olmayan bir məhsulu satır. Çünki müqavilədə 4 megabit sürət alacağınız göstərilir, lakin realda 2 megabitdən istifadə edirsiniz. Bu da çəkidə aldatma hesab edilir”.

O.Gündüz hesab edir ki, istifadəçi aldadılmamaq üçün daim internetin sürətini nəzarətdə saxlamalı, problem yarandığı halda aidiyyəti dövlət qurumuna müraciət etməlidir: “İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər. Bu vaxta qədər bu qurumun bir dəfə də internet problem ilə bağlı hər hansı problemi həll etdiyini eşitməmişəm. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin texniki nəzarət şöbəsi də bu istiqamətdə monitorinqlə məşğuldur. Onlar provayderlərin internet almaq və satmaq sürətinə nəzarət etməlidir. Delta Telekom satdığı internet barədə açıqlama verir. Lakin internet alan tərəflər abunəçilərinin sayını açıqlamırlar. Buna səbəbdən də ictimai nəzarət çətinləşir”.

İnternetin sürəti ilə bağlı hazırlanan beynəlxalq sihayılarda ölkəmizin ilk yüzlüyə düşə bilməməsinə toxunan O.Gündüz bunu ölkəyə daxil olan internetin sürətinin aşağı olması ilə əlaqələndirib:

“Ölkəyə internet iki şirkət tərəfindən gətirilir, toplam 250 megabit internet daxil olur. Bu internet 7 milyona satırıq, uzun illərdir bu rəqəm dəyişmir. Baxmayaraq ki, ölkəmiz inkişaf edir, məktəblər internetə qoşulur, yeni internet xətləri yaradılır. Lakin ümumilikdə ölkəyə daxil olan internetin sürəti dəyişmir. Ona görə də ölkəyə daxil olan internetin sürəti kifayət qədər aşağıdır. Bu aşağı sürətə uyğun qiymət də bahadır. 10-15 manata 3-4 megabit sürət internet almaq mümkündürsə, digər ölkələrdə bu qiymətə 4-5 dəfə artıq sürət almaq mümkündür. Vəziyyət çıxış yolu kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyəcan təbili çalmalı, provayderlərlə görüşüb, problemlərini dinləyib, ciddi nəzarət mexanizmi hazırlamalıdır. Məsələnin kökündən həlli isə Strateji Yol Xəritəsində göstərilib. Orada dövlət provayderlərinin özəlləşdirilməsi, müstəqil tənzimləyici qurum olması əks olunub”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>