"Ağıllı" qapı zəngi hazırlanıb - FOTO
Bizi izləyin

İKT

"Ağıllı" qapı zəngi hazırlanıb - FOTO

Qapı zəngləri isteahsal edən şirkət yeni bir layihəyə imza atıb. Məşhur tüstü sensorları və avtonom təhlükəsizlik kameraları istehsal edən “Nest Labs” şirkətinin hazırladığı görüntülü qapı zəngi insan üzünün tanınması funksiyası ilə seçilir.

Publika.az xəbər verir ki, ağıllı qapı zənginin yaddaşına xüsusi fotolar əlavə etmək olur. Bununla da o, tanış və ya yad insanların qapıya yaxınlaşmasını səsli şəkildə ev sahibinə bildirir. Hazırda ən son funksiyaların təkmilləşməsi üzərində işlər davam edir.

Məlumata görə, maraqlı cihaz gələn ilin ilk 3 ayı ərzində satışa çıxarılacaq. Şirkət məhsul üçün yekun qiymət təyin etmədiyini deyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm