Mark Zukerberq “Facebook”un hissələrini satır: ÖRNƏK OLACAQ SƏBƏB
Bizi izləyin

İKT

Mark Zukerberq “Facebook”un hissələrini satır: ÖRNƏK OLACAQ SƏBƏB

Dünyanın ən böyük sosial şəbəkəsi olan feysbukun şirkət hissələri satışa çıxarılacaq.

Publika.az xəbər verir ki, bu barədə şirkətin qurucusu Mark Zukerberq məlumat verib.

O bildirib ki, önümüzdəki 18 ay ərzində 75 milyon dollarlıq hissə satışa çıxarılacaq.

1,5 milyard istifadəçisi olan proqramın ilk mərhələdə 35 milyon dollarlıq hissəsi satılacaq.

Hazırda şirkət hissələrinin gəlir payı 170 dollardan başlayaraq hesablanır. Bu da M.Zukerberqin hissə satışlarından 12,7 milyard dollar gəlir əldə edəcəyi anlamına gəlir.

M.Zukerberqin bu qərarı istifadəçilər tərəfindən təəccüblə qarşılanıb. Lakin şirkət sahibi bunu xeyriyyə məqsədilə həyata keçirdiyini bildirib. Belə ki, satışdan əldə olunacaq gəlir 2015-ci ildə Zukerberqlər ailəsinin qurduğu “Chan Zuckerberg İnitiative” adlı xeyriyyə təşkilatına bağışlanacaq.

M.Zukerberq yenə də şirkətin ən böyük hissədarı mövqeyini itirməyəcək və beləliklə, şirkətin pozisiyası dəyişməyəcək. O, təqaüdə çıxmadan öncə 70 milyard dollar dəyərindəki hissələrinin 99%-ni satmağı palanlaşdırır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm