Texnologiya "partlayan batareyalar"la işləyir - EHTİYATLI OLUN
Bizi izləyin

İKT

Texnologiya "partlayan batareyalar"la işləyir - EHTİYATLI OLUN

Bəs bu batareyalar partlayırsa, niyə istifadə edirik?

Mobil telefonlar, elektron siqaretləri və NASA-nın xilasetmə robotlarını bir-birilə əlaqələndirən bir cəhət var. Onların hamısı eyni batareya, yəni litium ion tipli batareyalarla işləyir. Daha əvvəl də Samsung Galaxy Note 7 adlı mobil telefonun partlamasına səbəb olan həmin batareyalar nə üçün hələ də istehsal olunur?

Publika.az sizə məşhur "partlayan" batareyalar haqqında daha maraqlı faktları təqdim edir:

Unikal olaraq, AA batareya, yaxud alkalin batareyalar kimyəvi reaksiyaların yardımı ilə işə düşür. Bu kimyəvi reaksiyalar isə öz növbəsində elektronların anot yaratmasına səbəb olur. Nəticədə batareyalar kimyəvi reaksiyalar bitənə qədər işləyir. Litium ion batareyalarının da iş prinsipi demək olar ki, eynidir.

Litium ion batareyalarının partlamasına səbəb nədir? Bu qədər istifadəyə gərəkli və güclü batareyalar nə üçün partlayır?

Litium ion batareyalarının partlamasının yeganə və əsas səbəbi onların normadan artıq qızmasıdır. Normadan artıq qızan batareyalar istifadə müddətini bitirərək özünü məhv edir. Bununla yanaşı, istehsal zamanı buraxılan cüzi səhvləri də nəzərə almaq lazımdır. Sözügedən mobil telefonun partlaması da məhz bu səbəbdən olmuşdu.

Bəs bu batareyalar partlayırsa, niyə istifadə edirik?

Hər nə qədər təhlükəsizlik baxımından zəmanət verilməsə də, litium ion batareyaları sıradan batareyalara nisbətən daha çox avantaja sahibdir. Normal batareyadan 2, 3 hətta 4 qat daha güclüdür. Ən əsası da onları yenidən və yenidən şarj edib ilk dəfə istifadə edirmiş kimi istifadə etmək olar. Partlama riskini aşağı salmaq üçün sadəcə orijinal batareya, şarj aləti almağınız və isinmə dərəcəsini nəzarətdə saxlamağınız kifayətdi.

Litium ion batareyalardan istifadə dayandırıla bilər?

Yaxın gələcəkdə onu əvəz edə biləcək yeni avadanlıq istehsal olunana qədər bu batareyalardan istifadə dayandırıla bilməz. Buna səbəb ağıllı telefonlardan tutmuş, elektrik enerjisi ilə çalışan avtomobillərə qədər bütün texnologiya məhsullarının içərisində litium ion batareyasının olmasıdır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm