Çin hakimiyyəti Vatsapı blokladı
Bizi izləyin

İKT

Çin hakimiyyəti Vatsapı blokladı

Çin hakimiyyəti ölkə ərazisində Vatsap messencerini bloklayıb.

Publika.az bildirir ki, bu barədə New York Times məlumat yayıb.

Vatsap Facebook-un son məhsulu idi ki, son ana qədər ölkə vətəndaşlarına əlçatan idi. Daha əvvəl ölkə hakimiyyəti ən məşhur sosial şəbəkəni və Instagram-ı da bloklamışdı.

Messencerin işində pozğunluqlar hələ iyulda müşahidə olunurdu. Faylları və şəkilləri yükləmək olmur, həmçinin səsli mesajlar göndərmək mümkün deyildi. Sonradan videoçatın da işləməsi dayandı və indi isə adi mətn mesajları da işlək olmayan funksiyalar sırasına qoşuldu.

Qəzet qeyd edir ki, senzuranın gücləndirilməsi Çin Kommunist partiyasının 18 oktyabrda keçiriləcək XIX qurultayı öncəsinə təsadüf edir. Ölkədə vətəndaşların istifadə edə biləcəyi yeganə şəbəkə WeChat messenceri qalıb ki, bu da istifadəçilərin şəxsi məlumatlarını hakimiyyətə ötürür.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm