Alimlər 2 qalaktikanın toqquşmasının ŞƏKLİNİ ÇƏKDİLƏR
Bizi izləyin

İKT

Alimlər 2 qalaktikanın toqquşmasının ŞƏKLİNİ ÇƏKDİLƏR

2 qalaktikanın toqquşmasının aydın şəkili çəkilib.

Publika.az bildirir ki, “Hubble” teleskopunun köməyi ilə NASA astronomları Xərçəng bürcündə yerləşən, Yer kürəsindən 250 milyon işıq ili məsafədə olan 2 qalaktikanın toqquşmasının şəklini çəkib.

Tədqiqatçılar qeyd edirlər ki, toqquşma nəticəsində yaranan NGC 2623 adını almış yeni qaz buludu fırlanmağa başlayıb ki, bu da yeni ulduzların aktiv formalaşması prosesinə gətirib çıxarıb.

“Hubble”ın rəsmi saytında həmçinin vurğulanır ki, bizim Günəş sistemimiz yerləşən “Süd Yolu” qalaktikası da gələcəkdə NGC 2623 kimi görünəcək. Çünki tədqiqatçıların hesablamalarına görə, 4 milyard il sonra “Süd Yolu” qonşu “Andromeda” qalaktikası ilə toqquşacaq.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm