Dünyanın ən sürətli kompüteri yenə bu ölkədən gəldi
Bizi izləyin

İKT

Dünyanın ən sürətli kompüteri yenə bu ölkədən gəldi

Çin dünyanın ən sürətli kompüteri sahəsində bu ildə birinciliyini qoruyub.

Publika.az xəbər verir ki, ABŞ və Almaniyadakı kompüter mütəxəssisləri tərəfindən ildə iki dəfə hazırlanan “Dünyanın ən sürətli 500 super kompüteri” siyahısının lideri Çinin “Sunway-TaihuLight” məhsulu olub.

Bu kompüter tamamilə yerli mütəxəssislərin yer aldığı qrup tərəfindən istehsal edilib. Saniyədə 93 petaflopluq əməliyyat gücünə sahib olan “Sunway-TaihuLight”dan sonra yenə Çin istehsalı olan “Tienhı-2” dünyanın ən sürətli kompüteri siyahısında qərarlaşıb.

Üçüncü sırada İsveç istehsalı 19.6 petaflop gücünə sahib “Piz Daint”, 4-cü sırada isə Yaponiyanın 19.1 petaflop gücündəki “Gyoukou” kompütüerləri qərarlaşıb. İlk beşliyi ABŞ-ın 17.6 petaflop gücünə sahib “Titan” kompüteri tamamlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm