İKT
"Azercell"dən iPhone telefonlarına yeni sərfəli kampaniya
iPhone cihazlarının Azərbaycanda hal-hazırda rəsmi satışını təqdim edən yeganə mobil operator Azercell Telekom MMC abunəçiləri üçün yeni sərfəli kampaniyaya başlayıb. Belə ki, 15 Noyabr 2017-cı il tarixindən müxtəlif iPhone telefonları Hədsiz tarifləri və İnternet paketləri ilə birgə abunəçilərə təqdim olunur.
iPhone 8 (64GB) iPhone 8 (256GB) iPhone 8 plus (64GB) iPhone 8 plus (256GB) iPhone 7 (32GB) iPhone 7 (128GB) iPhone 7 plus (128GB) iPhone 6S plus (32GB) iPhone 6 32GB
Kampaniyaya qoşulmaq üçün nömrə sahibi tərəfindən ilkin ödənişin edilməsi və iş yerindən arayışın təqdim edilməsi tələb olunur. Azercell-in təklif etdiyi bu sərfəli kampaniyadan yararlanmaq istəyən abunəçilər Azercell-in Müştəri Xidmətləri Mərkəzlərinə və yaxud eksluziv mağazalarına yaxınlaşmalıdırlar. Tələsin, telefonların sayı məhduddur!
Daha ətraflı məlumat üçün www.azercell.com
ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft
sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə
təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48%
olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni
əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir.
Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq
Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə
sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri,
GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell
Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci
ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir.
Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless
Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə
keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq
sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox
parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən
yüksək göstəricilər nümayiş etdirmişdir.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO