Tvitterdə bu istifadəçilərin hesabı silinir
Bizi izləyin

İKT

Tvitterdə bu istifadəçilərin hesabı silinir

Məşhur sosial şəbəkə və mikrobloq olan Tvitter bəzi istifadəçilərin hesabını silib.

Publika.az xəbər verir ki, buna səbəb həmin istifadəçilərin Tvitterdə ağ dərililərin üstünlüyündən bəhs edən paylaşımlarıdır. Buna görə də sosial şəbəkə bəzi istifadəçilərin hesablarının təsdiqlənməsi sistemini dəyişib. Tvitterin bu addımı bir çox istifadəçinin hesabının bağlanmasına səbəb olub.

Qeyd edək ki, Tvitter bəzi ağ dərili irqçilərin hesablarını təsdiqlədiyinə görə tənqid hədəfi olmuşdu. Bu səbəbdən də şirkət hesabların təsdiqlənməsi üçün yeni qaydalar tətbiq edir.

Qaydalara görə nifrət, təcavüz, şiddət və təhlükəli davranışları təbliğ edən, şirkətin digər qaydalarını pozan istifadəçilərin hesabları silinəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm