Dünyanın ən böyük batareyası hazırlandı - FOTOLAR
Bizi izləyin

İKT

Dünyanın ən böyük batareyası hazırlandı - FOTOLAR

Batareya dekabrın 1-dən etibarən sınaqdan keçiriləcək.

Elektriklə idarə olunan avtomobil istehsalçısı və enerji şirkəti olan "Tesla" Cənubi Avstraliyada dünyanın ən böyük litium ion batareyasının tikintisini tamamladığını açıqlayıb.

Publika.az xəbər verir ki, Cənubi Avstraliya ştatının baş naziri Cey Vetheril özünün rəsmi səhifəsində bu barədə məlumat yazıb.

“Dünyanın ən böyük litium ion batareyasının istehsalı üçün qısa müddətdə çox böyük bir iş ortaya qoyuldu. Bu, Cənubi Avstraliyada enerji problemlərini birbaşa həll edəcək. Enerji sisteminə liderlik edəcək litium ion batareyası üzərində işlər nəzərdə tutulduğu gündən daha tez tamamlanıb”, - o deyib.

ABŞ-ın Kaliforniya ştatında yerləşən “Tesla” şirkətinin Cənubi Avstraliyada Fransanın aparıcı enerji şirkəti olan “Neoen” ilə əməkdaşlığı çərçivəsində hazırladığı 129 megavat tutumlu litium ion batareyasının dekabr ayının 1-dən etibarən sınaqdan keçiriləcəyi gözlənilir.

Batareyanın külək enerjisi kompleksindən hasil ediləcək enerji deposu ilə 1 saat ərzində bölgədəki təxminən 30 min evə elektrik enerjisi paylayacağı vurğulanıb.

“Tesla” şirkətinin icraçı direktoru Elon Musk 129 megavat tutuma malik nəhəng batareyanın inşasına sentyabr ayının 29-da başlandığını və batareya əmsallarına görə 3 qat daha böyük olduğu üçün inşasının 100 gün ərzində tamamlanacağını bildirmişdi.

Bu günə qədər dünyada istehsal edilən ən böyük litium ion batareyasının tutumu 30 megavata yaxın olduğu qeyd edilib.

Bu layihə Cənubi Avstraliya regionda fasilələrlə verilən enerji ehtiyatının və qiymət artımının aradan qaldırılması üçün Cənubi Avstraliya hökuməti tərəfindən dizel generatorlara ayrılan 510 milyon dollarlıq tədbirlər paketinə daxil edilib.

Xatırladaq ki, elektrik enerjisinin böyük əksəriyyətini günəş və külək enerjisindən əldə edən Cənubi Avstraliyada ötən il baş verən güclü fırtına səbəbindən 10 minlərlə ev elektriksiz qalmışdı.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm