Azərbaycanla Gürcüstan arasında yeni memorandum
Bizi izləyin

İKT

Azərbaycanla Gürcüstan arasında yeni memorandum

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Yüksək Texnologiyalar Parkı” və Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, anlaşma Memorandumunun məqsədi müəssisələr arasında əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkə startaplarının, innovatorların fəaliyyətinə dəstək və beynəlxalq arenaya çıxışına köməklik göstərməkdir.

Eyni zamanda, memorandum biznes forum, təlim və görüşlərin təşkilini, elm müəssisələri arasında və əqli mülkiyyət sahəsində əməkdaşlığı, innovasiya, texnologiya, elmi-tədqiqatların nəticələrinin kommersiyalaşdırılması üzrə təcrübə mübadiləsini ehtiva edir.

Memorandum Bakıda keçirilən “Bakutel - 2017” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm