• USD 1,7000 0,00% EUR 2,0024 +0,14%
    • GBP 2,2777 -0,69% RUB 0,0287 0,00%

Hərənin öz “kabinet”i olacaq - NAZİRLİK

  • İKT
  • 8 Dekabr 2017 03:35
  • 339 Baxış
Hərənin öz “kabinet”i olacaq - NAZİRLİK

Azərbaycanın hər bir vətəndaşı "vahid pəncərə" prinsipi ilə fəaliyyət göstərən "elektron kabinet"ə sahib olacaq.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Hesablama Mərkəzindən deyiblər.

Mərkəzdən qeyd olunub ki, "e-kabinet" vasitəsilə elektron əməliyyatları həyata keçirmək və bütün elektron xidmətlərdən istifadə etmək mümkün olacaq.

"Elektron kabinet" "e-id.az" portalında fəaliyyət göstərəcək. Bu portal yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlandıqdan sonra istifadyə veriləcək.

Mərkəzdən o da məlumat verilib ki, elektron imzanın şəxsiyyət vəsiqəsinə inteqrasiyası infrastrukturu artıq hazırdır və bu funksiya vətəndaşların "elektron hökumət" portalında (e-gov.az) müxtəlif xidmətlərin, o cümlədən sığorta, internet bankçılıq, elektron ödəmələr kimi xidmətləri əldə etməsi üçün açar rolunu oynayacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>