Vatsap silkələnəcək – 4 YENİ ÖZƏLLİK
Bizi izləyin

İKT

Vatsap silkələnəcək – 4 YENİ ÖZƏLLİK

Populyar mesajlaşma proqramı olan Vatsap 4 yeni funksiyasını istifadəçilərə təqdim edəcək.

Publika.az xəbər verir ki, proqram yeni xüsusuiyyətləri hələ ki, yalnız “Android” tipli sistemlərə tətbiq etməyi planlaşdırır.

İlk xüsusiyyət əngəllənən Vatsap istifadəçilərinin əngəlinin daha asan şəkildə aradan qaldırılmasına aiddir. İstifadəçi əngəllədiyi şəxsi blokdan çıxarmaq üçün sadəcə barmağını həmin adın üzərinə basılı saxlayacaq və “blokdan çıxar” seçiminə vurmaqla həmin istifadəçi ilə əlaqə yarada biləcək.

Digər bir xüsusiyyət isə “iOS” sistemlərində olan “bağlantı yolu ilə dəvət etmək” funksiyasının “Android”lər üçün də tətbiq edilməsidir. Bundan sonra bir istifadəçini üzvü olduğunuz qrupa dəvət etmək istəyəndə təkcə bir bildiriş göndərmək kifayət edəcək.

Hələ ki sınaq mərhələsində olan bir xüsusiyyət isə idarəetmə ayarlarıdır. Bu xüsusiyyət sayəsində Vatsapda qrup idarəçiləri üzvlərin birbaşa onlara mesaj göndərməsinə, ya da qrup bilgilərini dəyişdirə bilməsinə icazə verə biləcək.

Eyni zamanda, Vatsap tətbiqetmə problemlərini həll etmək üçün başqa bir özəlliyi də test edir. Bu özəlliyin adı isə silkələməkdir. Bundan sonra Vatsap vasitəsilə əlaqə yaratmaq üçün lazım olan tək şey telefonu silkələmək olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm