500 manat pul və 6 ay havayı - GƏNCLƏR ÜÇÜN
Bizi izləyin

İKT

500 manat pul və 6 ay havayı - GƏNCLƏR ÜÇÜN

Gənclər arasında “Elektron hökumət” həllərindən istifadənin təşviq edilməsi və “Elektron hökumət” üzrə gənclərin maarifləndirilməsi məqsədilə keçirilən müsabiqənin mükafat fondu elan edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı hüquqi şəxs”, eləcə də, “Region gəncləri arasında “Elektron hökumət” həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat” nominasiyaları üzrə qaliblər 6 ay müddəti üçün pulsuz internet xidmətindən istifadə imkanı qazanacaq.

“Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fərdi şəxs” və “Dövlət xidmətlərinin elektronlaşdırılması və www.e-gov.az – “Elektron Hökumət” portalının inkişafı üzrə ən yaxşı təklif” nominasiyalarının qalibləri isə 500 manat pul mükafatı əldə edəcəklər.

Müsabiqə qaliblərinə digər hədiyyələr, sertifikat və rəmzi mükafatlar təqdim olunacaq. Qaliblər dekabrın 26-da keçiriləcək “Gənclər üçün Elektron Hökumət” konfransında elan ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm