Robot Olimpiya məşəli estafetində - - FOTO
Bizi izləyin

İKT

Robot Olimpiya məşəli estafetində - - FOTO

“HUBO” robotu Cənubi Koreyanın Tecon şəhərində Olimpiya məşəli estafetində iştirak edib.

Publika.az xəbər verir ki, qeyri-adi robot Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun mühəndisləri tərəfindən yaradılıb. Məşəli alan “HUBO” karton divaradək təxminən 100 metr hərəkət edib. Sonra kiçik mişarla divarda dəlik açaraq məşəli robotun yaradıcısı professor O Çun-Xoya ötürüb.

Bildirilir ki, “HUBO” robotu 2015-ci ildə Kaliforniyada keçirilən “DARPA Robotics Challenge” müsabiqəsinin qalibi olub.

Olimpiadada fəaliyyət göstərməkdə davam edəcək “HUBO” robotları yarış iştirakçılarını aeroportlarda qarşılayaraq stadionlarda onlara azarkeşlik edəcəklər. Bundan başqa, robotlardan ingilis, Çin, Koreya və yapon dillərində informasiya əldə etmək mümkün olacaq.

Xatırladaq ki, Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm