Prezidentin ayırdığı 3 milyon manatın bölünməsi MÜZAKİRƏ EDİLDİ
Bizi izləyin

İKT

Prezidentin ayırdığı 3 milyon manatın bölünməsi MÜZAKİRƏ EDİLDİ

Milli Televiziya və Radio Şurasında özəl ümumölkə teleradio yayımçılarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

MTRŞ-dan Publika.az-a verilən məlumata görə, özəl ümumölkə teleradio yayımçılarının (“Azad Azərbaycan” televiziyası, “Lider” televiziyası, “Xəzər” televiziyası, “Space” televiziyası, “ARB” televiziyası) rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılması ölkə Prezidentinin teleradio yayımçılarına olan diqqət və qayğısının göstəricisi olduğu xüsusi vurğulanıb. Bu vəsaitin özəl ümumölkə teleradio yayımçıları arasında bərabər şəkildə bölünməsi məsələsi ilə bağlı müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm