“LG Electronics” şirkəti yeni smartfonunu təqdim etdi
Bizi izləyin

İKT

“LG Electronics” şirkəti yeni smartfonunu təqdim etdi

Qabaqcıl səs imkanları və mexaniki zədələrdən yüksək qoruma səviyyəsinə malik olan “X4+” smartfonunu yeni nəsil mobil telefonlardan fərqləndirən əsas cəhət onun yüksək temperatura davamlı olmasıdır.

Publika.az xəbər verir ki, “MIL-STD-810” hərbi standartı üzrə sertifikatlaşdırılmış qurğu yüksək və aşağı temperaturlara davamlı olmaqla yanaşı, zərbə və yerə düşməyə qarşı dayanıqlıdır.

Smartfon 32 bit/192 kHs formatında keyfiyyətli səsi təmin edən daxili rəqəmli-analoq çevirici ilə təchiz edilib.

“LG X4+” smartfonu 5,3 düymlük HD displey, 1,4 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 425” prosessoru, 2 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib.

Smartfonun əsas kamerası 13 meqapiksel, ön kamerası isə 5 meqapiksel çəkim keyfiyyətinə malikdir. Barmaq izi skaneri, “LG Pay” ödəmə sistemi və “4G LTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.2”, “GPS” və “NFC” simsiz kommunikasiya vasitələri quraşdırılıb. Qurğunun akkumulyator tutumlu 3000 milliamper/saat təşkil edir.

2018-ci ilin yanvarın sonunda satışa çıxarılacaq “LG X4+” smartfonunun qiyməti təxminən 282 dollar təşkil edəcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm