İKT
"Windows 10" “Office 2019” proqramını dəstəkləyəcək
“Office 2019” ofis əlavələri paketinin ilkin versiyası növbəti rübdə buraxılacaq və “Windows 10” əməliyyat sisteminin ildə iki dəfə yenilənməsini dəstəkləyən versiyalarında işləyəcək.
Publika.az xəbər verir ki, bu barədə “Microsoft” korporasiyası rəsmi məlumat yayıb. Məlumata görə, onlara, həmçinin “Ev” və “Peşə” versiyaları da aiddir. Eyni zamanda korporasiya əlavələr paketinin köhnə “MSI” formatlı quraşdırma faylları şəklində yayılmasını dayandırmağı nəzərdə tutur.
“Office 2019” paketlərini adətən “Office 365” paketində istifadə
olunan “Click-to-Run” metodu vasitəsilə quraşdırmaq mümkün olacaq.
“Microsoft” nümayəndələrinin fikrincə, 10 il əvvəl buraxılan
sistemlərin təhlükəsizliyinin təmin edilməsi çətin və səmərəsiz
olub və artıq proqram təminatını müasir buraxılış rejiminə keçirmək
lazımdır.
Xatırladaq ki, “Microsoft” korporasiyası “Office 2019” paketini
baza plan dəstəyi şəklində 5 və daha 2 il genişləndirilmiş şəkildə
dəstəkləməyə hazırdır. Baza planı 14 oktyabr 2025-ci ilə qədər
davam edəcək. Bundan əlavə, “Office ProPlus” versiyasının yenilənmə
rejiminin “Windows 10” sisteminin yenilənmə rejimi ilə uyğun
gəlməyəcəyi təqdirdə onun dəstəyinin tədricən dayandırılması
nəzərdə tutulur. “Windows 10” əməliyyat sisteminin korporativ
versiyaları ildə iki dəfə yenilənməyən “LTSC” rejiminə malikdir,
lakin 14 yanvar 2020-ci il tarixindən sonra bu versiyalar “Office”
yenilənmə paketləri ilə təmin edilməyəcək.
Könül Cəfərli
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ