Ən nazik noutbuklar satışa çıxarıldı
Bizi izləyin

İKT

Ən nazik noutbuklar satışa çıxarıldı

Dünyada ilk dəfə olaraq ən nazik noutbuk hazırlanıb.

Publika.az xəbər verir ki, məşhur "Asus” şirkəti diskret qrafika ilə təchiz edilmiş dünyada ilk olan ən nazik noutbukların satışına start verir. Sözügedən noutbuk modeli "ZenBook 13” (“UX331”) adlanır və “IPS” matrisli 1920x1080 piksel təsvir ölçülü, 13,3 düyümlük sensor ekranla təchiz olunub. Noutbukların qalınlığı 14 mm, çəkisi isə 1,12 kq-dır.

Həmçinin “Asus” şirkətinin yeni məhsulu hazırda texnologiya bazarında ən yaxşı oyun ultrabuku kimi də liderliyini qoruyub saxlayır. Onun 2 QB-lıq yaddaşa malik “Nvidia GeForce MX150” videokartı hələ ki, rəqib tanımır. Həmçinin aparat dördnüvəli “Intel Core i5” prosessoru, 8 QB-lıq əməli yaddaş (LPDDR3), 256 QB tutumunda “SSD” daşıyıcı, 3 ədəd “USB 3.0” portu, təsvirin kənar ekranda göstərilməsi üçün “HDMI 2.0” interfeysi, “microSD” slotu və iki diapazonlu “802.11ac Wi-Fi” ilə təchiz edilib.

“ZenBook 13” noutbuku “Windows 10” əməliyyat sisteminin “Home” versiyasının nəzarəti altında çalışır. Noutbukun akkumulyator batareyası qurğunun təxminən 14 saata qədər dayanmadan avtonom işləməsinə imkan yaradır. Noutbukun enerji toplaması da sürətlidir. Belə ki, o 50 dəqiqə ərzində 60 faizə qədər enerji toplayır.

Noutbukun satış qiyməti yaxın zamanda bəlli olacaq.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm