İKT
Virtual ATS xidməti istifadəyə verildi - İLK - - FOTO
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC 4,5 milyonluq abunəçi ailəsi üçün daha bir unikal və yeni xidməti istifadəyə verib. Fevralın 15-də Bulvar Otelde baş tutan xidmətin təqdimat mərasimində şirkət rəhbərliyi və Azercellin 250 korporativ müştərisi iştirak edib.
Mərasimdə məhsulun Demo versiyasi nümayiş etdirilib və xidmətlə
bağlı bütün suallar cavablandırılıb. Bildirilib ki, ölkəmizdə ilk
dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni
səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar
üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və
reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in
qurulmasına nail ola biləcəklər.
Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng,
zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla
bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə
qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə
avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.
Virtual ATS xidməti mövcud olan mobil və stasionar telefonları
ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. Bu xidmət ilə
istifadəçi daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid
çoxkanallı nömrə əldə edir. Yeni xidmət mövcud və potensial
müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və
bölmələri arasında rabitənin effektivliyini artırır.
Bir sözlə, Virtual ATS biznesinizi genişləndirən zaman və ya yeni
bir ofisə keçdiyinizdə əvəzsizdir. Həmçinin bu xidmət adi telefon
stansiyasının qoşulması çətin olduğunda və ya əlavə xərc tələb
etdiyində zəruri olacaq. Virtual ATS xidmətin üstünlüklərinə
gəldikdə isə
- Mini ATS və əlavə avadanlıq almaq tələb olunmur
- Şirkət nömrəsi bütün ofis və filialları üçün eyni olacaq
Azercell mobil ehtiyaclarınıza uyğun olaraq, sizə “Standart” və
“Premium” Mobil ATS paketlərini də təqdim edir.
Xidmət haqqında ətraflı məlumat almaq və xidmətə qoşulmaq üçün
[email protected] ünvanına istək göndərə və Korporativ Müştəri
Xidmətləri Mərkəzinin 24/7 rejimində işləyən *6050 nömrəsinə zəng
edə bilərlər.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!