Bütün Yer kürəsini internetlə təmin etmək üçün daha 2 peyk buraxıldı
Bizi izləyin

İKT

Bütün Yer kürəsini internetlə təmin etmək üçün daha 2 peyk buraxıldı

ABŞ-ın məşhur biznesmenlərindən biri İlon Maska məxsus özəl “SpaceX” şirkəti daha bir yeniliyə imza atıb.

Publika.az xəbər verir ki, şirkət qlobal internetin təmini üçün “Falcon 9” raketdaşıyıcısının içərisində 2 peyki orbitə buraxıb. Bu barədə “SpaceX” şirkətinin rəsmi Tvitter səhifəsində məlumat yerləşdirilib.

Peyklərin buraxılışı fevralın 22-də ABŞ Hərbi Hava Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasında baş tutub. Bildirilib ki, daha əvvəl “Falcon 9” raketdaşıyıcısının buraxılışı fevralın 17-ə planlaşdırılsa da, kəskin və əlverişsiz hava şəraiti, uçuşun tarixinin 3 dəfə dəyişdirilməsinə səbəb olub.

Məlumata görə, buraxılan “Microsat-2a” və “Microsat-2b” aparatları 12 mindən ibarət peyk qruplaşmasının ilk 2 peyki hesab olunur. “SpaceX” şirkətinin rəsmilər qeyd edib ki, bu 2 peyk vasitəsilə Yer kürəsinin bütün nöqtələrini internetlə təmin etmək gücünə malik olmaq olar. Həmçinin “Falcon 9” raketdaşıyıcısı İspaniyanın radiolokasiya müşahidəsi üçün nəzərdə tutulan “PAZ” dövlət peykini də buraxıb.

“Starlink” adlanan peyk rabitə sisteminə daxil olan təxminən 4,5 min peyk 1,1-1,3 min kilometr hündürlükdə hərəkət edəcək. Daha 7,5 min aparatın 346 km hündürlüyə çıxarılması planlaşdırılır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm