Avtomobil markası smartfon təqdim etdi - FOTO
Bizi izləyin

İKT

Avtomobil markası smartfon təqdim etdi - FOTO

Britaniyanın brend avtomobil istehsal edən markası yeni smartfonların istehsalına başlayıb.

Publika.az xəbər verir ki, “Jaguar Land Rover” adlı avtomobil markası ilə “Bullitt Group” şirkətinin birgə layihəsi olan “Android” mobil sistemi ilə təchiz edilən “Explore” adlı suyadavamlı smartfonu rəsmən təqdim edib.

Yeni smartfonun əsas özəlliyi sensorun əlcək və yaş barmaqlarla toxunuşları qəbul etməsidir. Ən son texnologiyalar əsasında hazırlanan displeylə təchiz edilən smartfon “iPhone” və “Samsung” smartfonlarını geridə qoyub.

Tutumlu akkumulyator smartfona 2 günədək fasiləsiz işləməyə imkan verir, həm də “Adventure Pack” adlı əlavə paketin köməyi ilə iş müddətini 2 dəfə artırmaq olar.

“Explore” smartfonu, həmçinin zərbəyə davamlıdır. Hətta 1,8 metr hündürlükdən yerə düşməyə, ekstremal temperatura, yüksək rütubət və titrəyişə dayanıqlıdır. Qurğunun qiyməti 600 avro təşkil edir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm