Azərbaycanda tərsinə işləyən saat hazırlandı - - VİDEO
Bizi izləyin

İKT

Azərbaycanda tərsinə işləyən saat hazırlandı - - VİDEO

Azərbaycanın cənub bölgəsi olan Lənkəranda qeyri-adi saat ixtira edilib.

Publika.az ARB TV-ə istinadən xəbər verir ki, Lənkəran sakini Şahin Baxşıyev əqrəblərin tərsinə (sağdan-sola) işləyən saat ixtira etdiyini iddia edib.

O, saatın mexanizmində bəzi çarxların yerini dəyişməklə bu nəticəni əldə edib. Saatsaz Şahin Baxşıyev bildirib ki, o yenilik axtarmaq üçün bu addımı atıb və nəticəsi onu da heyran edib:

“Düşündüm ki, qeyri-adi bir şey edib. Özüm saatsazam. İstəyirdim bir sat hazırlayım ki, hər kəsin diqqətini çəksin. Əlimdə olan ssatı təmir edən zaman bir neçə detalına dəyişiklik etdim və əksinə işləyən saat hazırladım”.

32 ildir saat təmiri ilə məşğul olan Şahin deyir ki, hazırda yeni və qeyri-adi işləyəcək qol saatı üzərində işləyir. Həmin saatında əksinə işləməsini planlaşdırır. Gələcəkdə bu cür saatların sayını çoxaldaraq şəxsi biznesini qurmağı planlaşdırır.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm