Süni intellekt laboratoriyası yaradılır
Bizi izləyin

İKT

Süni intellekt laboratoriyası yaradılır

Avropanın süni intellekt sahəsində çalışan mütəxəssisləri ümumavropa laboratoriyasının yaradılması haqqında təklif irəli sürüblər.

Publika.az xəbər verir ki, alimlərin fikrincə, bu, Avropanın texnoloji baxımdan Çin və ABŞ-dan geriliyini aradan qaldırmağa kömək edəcək. Hazırda süni intellektin inkişafı elmi-tədqiqat fəaliyyətində prioritet istiqamətlərdən biri hesab olunur. Bununla yanaşı, bu sahədə texnologiyalar yaradan iri laboratoriya və mərkəzləri ABŞ ərazisində yerləşir. Həmçinin ekspertlər bildirir ki, bu sahə üzrə Avropa ABŞ və Çindən xeyli geridə qalır. Bununla əlaqədar Avropanın aparıcı universitetləri “beyin axını” problemi ilə üzləşir.

Avropalı mütəxəsissilərin elm xadimlərinin açıq məktubda qeyd etdikləri kimi, yaranmış vəziyyətin dəyişdirilməsinə “ELLIS” (European Lab for Learning and Intelligent Systems) tədqiqat mərkəzinin yaradılması kömək edə bilər. Ümumavropa laboratoriyasında həm fundamental, həm də tətbiqi elmin inkişafına xidmət edəcək mütəxəssislər cəmləşəcək. Müxtəlif ölkələrdən seçiləcək olan alimlərin “ELLIS” süni intellektin tədqiqi sahəsində dünya liderinə çevriləcəyi gözlənilir.

Layihənin cari il ərzində başlanılması planlaşdırılır. Bu məqsədlə Fransa və Almaniyanın əməkdaşlığına əsaslanan hökumətlərarası təşkilat yaradılmalı, təşkilatda iştirak üçün isə Avropa ölkələrindən, eləcə də İsveçrə, Böyük Britaniya və İsraildən alimlərin dəvəti gözlənilir. Mərkəzin tədqiqat fəaliyyəti ilə yanaşı, gənc alimlər üçün maarifləndirici proqramların hazırlanması ilə məşğul olacağı planlaşdırılır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm