AzInTelekom MMC jurnalistlər üçün təlim keçdi
Bizi izləyin

İKT

AzInTelekom MMC jurnalistlər üçün təlim keçdi

Bu gün AzInTelekom MMC kütləvi informasiya vasitələrinin nümayəndələri (KİV) üçün “Bulud texnologiyalarına giriş və onların biznesdə tətbiqi” mövzusunda təlim keçirib.

Publika.az xəbər verir ki, təlimdə iştirakçıları salamlayan MMC-nin direktor müavini Ceyhun Əliyev Data Mərkəzin fəaliyyəti barədə danışıb.

“Bulud” texnologiyalarının biznesdə tətbiqinin yarada biləcəyi imkanlar və üstünlüklərdən danışan şirkətin kommersiya direktoru Ruslan Əliyev “bulud” həllərinin tətbiqi nəticəsində istismar xərclərinin 30-40% azaldıldığını, kapital xərclərinin isə sıfıra endirildiyini vurğulayıb.

R.Əliyev şirkətin datamerkezi.az adlı saytının olduğunu və həmin saytda qiymətlərin müxtəlif seqmentlər üzrə əks olunduğunu deyib: “Müştəri ona hansı konfiqurasiyada servis lazım olduğunu seçəndən sonra onlayn kalkulyatorda yekun qiyməti görə bilər”.

Daha sonra KİV nümayəndələri üçün Data Mərkəzinə tur təşkil olunub və mərkəzin iş prinsipi əyani göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm