• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Çin fond birjasında vəziyyəti sabitləşdirməyə çalışır

Çin fond birjasında vəziyyəti sabitləşdirməyə çalışır

Bloomberg agentliyinin məlumatına görə, Çin hökuməti aktivlərin idarə edilməsi ilə məşğul olan bəzi müştərilərə kreditlər üzrə təminatların marjinal tələblərini aşağı salmağa icazə verib.

Hökumət fond birjasında vəziyyəti sabitləşdirməyə çalışır. Aksiyaların kəskin ucuzlaşmasından sonra girovların da dəyəri aşağı düşüb və bu qərar qiymətli kağızların satışını dayandırmağa hesablanıb.

Hakimiyyət demək olar ki, hər gün aksiya bazarına dəstək üçün yönəldilmiş tədbirlər barədə məlumat verir. Belə ki, Çinin qiymətli kağızlar bazarının nizamlanması üzrə komissiyası iyulun 8-də kompaniyalar birjasında qeydiyyatdan keçən majoritar aksionerlərə, belə kompaniyaların direktor və rəhbərlərinə 6 ay ərzində aksiya satmağı qadağan edib. Tənzimləyici, həmçinin investorlara da 5 faizdən çox kompaniya aksiyalarını satmağa icazə vermir. Məhdudiyyətlər, o cümlədən kompaniyaların direktorlar şurasının üzvlərinə tətbiq edilib.

Qeyd edək ki, iyulun 8-də "Shanghai Composite" indeksi 5,9 faiz aşağı düşüb. İyunun 12-də qeydə alınan sonuncu pikdən sonra Çin bazarı kapitallaşma vəsaitinin təxminən üçdə birini - 3,5 trilyon dollardan artığını itirib.

Çin hökuməti fond bazarındakı qeyri-sabitliyin ölkədəki bütün maliyyə və iqtisadi sistemə mənfi təsir göstərəcəyindən, həmçinin istehlakçı tələbatını azaldacağından ehtiyat edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR