Xarici ticarətdə 3588 milyon dollarlıq müsbət saldo yaranıb
Bizi izləyin

Ekopublika.az

Xarici ticarətdə 3588 milyon dollarlıq müsbət saldo yaranıb

Yanvar-may aylarında dünyanın 133 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirilib. 84 ölkəyə əmtəə ixrac olunub, 120 ölkədən idxal reallaşdırılıb.

Publika.az xəbər verir ki, xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 20-si Amerika, 41-i Asiya ölkələri və digərləridir.

Beş ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən, 11723,6 milyon dollar, o cümlədən ixracın həcmi 7655,8 milyon dollar, idxalın həcmi 4067,8 milyon dollar təşkil edib və nəticədə, 3588 milyon dollarlıq müsbət saldo yaranıb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunan məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 24,4 faiz artaraq 732,1 milyon dollar təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm