• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əsas kapitala 7,9 milyard manat vəsait yönəldilib

Əsas kapitala 7,9 milyard manat vəsait yönəldilib

2015-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbəbr verir ki, bütün maliyyə mənbələrindən əsas kapitala 7,9 milyard manat vəsait yönəldilib. Onun 59,4 faizi daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 64,3 faizi məhsul istehsalı, 35,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 faizini təşkil edib.

2015-ci ilin birinci yarısında Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdman Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Qafqaz Baku Sport Hotel” mehmanxana kompleksi, “Bulvar Hotel” oteli, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü, ümumi sahəsi 870,4 min kvadrat metr olan yeni yaşayış evləri, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4908 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və s. obyektlər istifadəyə verilib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR