Ölkədə sahibkarların 20 faizi qadınlardı
Bizi izləyin

Ekopublika.az

Ölkədə sahibkarların 20 faizi qadınlardı

Ölkədə sahibkarlıqla məşğul olan fərdi sahibkarların 80,6 faizini kişilər, 19,4 faizini isə qadınlar təşkil edir.

Publika.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 29,0 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”da 21,8 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,5 faizini təşkil edir.

Sahibkar qadınların 38,8 faizi Bakıda, 16,4 faizi Aran, 15,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçiblər. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə bölgüsündən aydın olur ki, Bakıda (22,2%), habelə Gəncə-Qazax (23,1%) və Şəki-Zaqatala (20,9%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm