Əmanətlərin Sığortalanması Fonduna üzv bankların sayı azaldı
Bizi izləyin

Ekopublika.az

Əmanətlərin Sığortalanması Fonduna üzv bankların sayı azaldı

“Azərbaycan Kredit Bankı” ASC “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb.

Fonddan Publika.az-a verilən məlumata görə, banka verilmiş şəhadətnamə ləğv edilib. Hazırda Fonda üzv bankların sayı 43-dür.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyası ləğv olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm