Qeydiyyatdan keçmiş xarici investisiyalı müəssisələrin çoxu turklərin olub
Bizi izləyin

Ekopublika.az

Qeydiyyatdan keçmiş xarici investisiyalı müəssisələrin çoxu turklərin olub

Yanvar-iyun ayları ərzində müəssisə və təşkilatların sayı 3,3 faiz artaraq, 2015-ci il iyulun 1-i vəziyyətinə 97684 olub.

Publika.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, artım əsasən iqtisadiyyatın “Təhsil”, “İnformasiya və rabitə”, “Peşə, elmi və texniki fəaliyyət”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” bölmələrində daha nəzərəçarpacaq dərəcədə olub.

Xüsusi mülkiyyətə aid olan müəssisə və təşkilatların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (29,0%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (18,3%), Tikinti” (11,7%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (10,3%), “Peşə, elmi və texniki fəaliyyət” (6,7%) və “Emal sənayesi” (6,3%) bölmələrinin payına düşür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə xüsusi və dövlət müəssisələrin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub.

Statistik vahidlərin Dövlət registrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (32,6%), Böyük Britaniya (9,0%), Rusiya (7,1%), İran (5,3%), ABŞ (3,7%), Almaniya (2,2%) və digər ölkələrin (40,1%) sahibkarları tərəfindən yaradılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm