• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu bazara "gələn" yoxdu

Bu bazara "gələn" yoxdu

Neftin dünya bazar qiymətinin düşməsi ən çox daşınmaz əmlak bazarına təsir edir. Bazarda iki aydır hökm sürən durğunluq qiymətlərin düşməsinə, alıcı qıtlığına gətirib çıxarıb.

Publika.az-ın alqı-satqı ofislərinin əməkdaşları ilə apardığı sorğuların nəticələrinə görə, bazarda ekspozisiya müddəti artıb, ümumiyyətlə bazara müraciət edənlərin sayı yox dərəcəsindədir.

Qiymtələrə gəlincə, maklerlər deyir ki, “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti kvadratmetr üzrə 1100 dollardan başlayır. Yeni tikililərdə qeydə alınan orta bazar qiymətləri 766-1200 dollardır. Təkrar bazarda yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti isə 1630 dollardır. Məlum olur ki, “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binalarda ev satışı artıb: “Amma ev alan yoxdur. Bazarın bu qədər durğun olduğu dövrdə prosesdən yararlanmaq istəyənlər də yoxdur. Əvvəl ay ərzində bir neçə mənzil satırdıq”.

Onu da öyrəndik ki, tikinti sektorunda etibar qazanan şirkətlərin inşa etdikləri evlərin qiymətlərində dəyişiklik yoxdur: “Bazarda durğunluq olmasına, alıcı qıtlığına baxmayaraq bəzi şirkətlərin evlərinin qiymətləri dəyişməz qalır. “Azinko” şirkətinin tikdiyi binalarda evlər yenə bahadır. Məzələn, hazırda bu şirkətin “Tiblisi” prospektində inşa etdiyi binada 3 otaqlı (135 kvadratmetr) mənzilin dəyəri 250 min manatdır. Ev təmirlidir. Adi bir şirkətin Yasamalda inşa etdiyi binada 4 otaqlı (123 kvadrat metr) təmirsiz mənzil 120 min manatdır”.

Bu arada qeyd edək ki, ofis əməkdaşları canlanma üçün sentyabr ayını gözləyirlər: “Rubl dəyərdən düşür, neft ucuzlaşır. Bunlar ev aqlı-satqısına təsir edir. Adətən payızda bazar canlanır. Gözləyək görək nə olur. Deyilənə görə, o vaxta qədər ipoteka kreditləşməsi də bərpa ediləcək. İpotekanın mənzil satışında, qiymətlərdə əhəmiyyətli payı var”.

Bazarın sön vəziyyətini şərh edən ekspert Rəşad Əliyev deyir ki, bazarda alıcı çox azdır: “Əvvəl dediyimiz özünü doğruldur, yəni problem artıq neftin qiyməti ilə əlaqədar deyil, bu amil qiymətlərdə çoxdan öz əksini tapıb. Problem daşınmaz əmlak bazarına yönələn pul vəsaitlərinin məhdudlaşmasıdır. Nəticədə bazarda çox aşağı likvidlik mövcuddur. Məsələn, əvvəllər yaxın məsafədə olan eyni layihə mənzillərin qiyməti orta hesabla 5%-ə kimi fərqlənirdisə, indi bu rəqəm 20%-ə çatır. Bir sıra qiymətlərə baxanda belə qənaətə gəlmək olur ki, manatla qiymət dəyişməyib (ancaq dollarda 25% azalıb), bəzilərinə baxanda isə əhəmiyyətli qiymət azalması gözə dəyir. Bütün bunlar likvidliyin aşağı səviyyədə olmasından xəbər verir”.

Ekspozisiya müddərinin uzanmasına toxunan ekspert bildirir ki, bu əmlakın növündən və təyinatından asılıdır: “Məntiqə görə bazarda likvidlik aşağı düşəndə ekspozisiya müddəti, yəni satış müddəti uzanır. Ancaq bazarda yenə də əvvəlki sayda həvəskar satıcılar var. Onlar “tutar qatıq, tutmaz ayran” prinsipi ilə yuxarı qiymətə əmlak satırlar”.

Nəzərə çatdıraq ki,rəsmi statistika da daşınmaz əmlak bazarında durğunluqdan xəbər verir. Statistikaya əsasən, bu ilin ilk beş ayında Azərbaycanın daşınmaz əmlak bazarında 29% azalma olub. İlik hesablamada da eyni mənzərədir – 29,4% azalma (1 iyun 2014-cü ildə 2144,146 mln manat, 1 iyun 2015-ci ildə 1513,022 mln manat). Təkrar bazar 33,4% azalaraq 1326,727 mln manat təşkil edib, ilkin bazar 22,9% artaraq 186,295 mln manata çatıb, deyə AMB bildirir. Vasitəçilərin payı 2014-cü ilin iyunu ilə müqayisədə 39,4% azalıb. İpoteka kreditləşməsi 10,8% – 52,7 mln-dan 47 mln manata azalıb. Fevral devalvasiyasından sonra ipoteka kreditləşməsi dayanıb, sonra yenə canlanıb.

Ekspertlər ipotekanın mənzil bazarında aktvlikdə və qiymət müəyyənləşməsində rolunu qeyd edir: “Kreditləşmə həcmi azalsa, daşınmaz əmlak bazarında qiymətlər daha da düşəcək. Amma ipoteka kreditlərinə 200 milyon manat vəsaitin ayrılması reallaşarsa, bazarda qiymətlər canlanacaq”.

Onu da qeyd edək ki, 2015-ci ilin yanvar-iyun aylarında daşınmaz əmlakla əlaqədar əməliyyatlar 61,3 milyon manat olub. Bunun ümumi həcmdə xüsusi çəkisi 0,8 faiz təşkil edib.Bu da həddən artıq aşağı rəqəmdir.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR