Azərbaycana avtomobil idxalı azalıb
Bizi izləyin

Ekopublika.az

Azərbaycana avtomobil idxalı azalıb

2015-ci ilin I yarısında Azərbaycana 17 640 ədəd avtonəqliyyat vasitəsi idxal edilib. 2014-cü ilin analoji dövründə bu rəqəm 34 359 ədəd olub. Bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

Hesabata əsasən, idxal edilən avtonəqliyyat vasitələrinin 15 745 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin I yarısında bu göstərici 30 917 ədəd təşkil edib.

Bundan başqa, yanvar-iyun aylarında ölkəyə 1 126 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin analoji dövründə 3 039 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycana 63 368, 2013-cü ildə isə 104 385 avtonəqliyyat vasitəsi idxal edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm