700,7 mln manat məbləğində büdcə kəsiri yaranıb
Bizi izləyin

Ekopublika.az

700,7 mln manat məbləğində büdcə kəsiri yaranıb

2015-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 7807,2 mln manat, xərcləri 8577,9 mln manat olub.

Publika.az xəbər verir ki, altı ayda 700,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Belə ki, hesabat dövründə dövlət büdcəsinin mədaxili 7717,0 mln manat proqnoza qarşı 7807,2 mln manat və yaxud 1,2 faiz çox olub. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 3328,8 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 68,3 faizi və yaxud 2275 mln manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur.

2015-ci ilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 100,3 faiz əməl edərək büdcəyə 765,3 mln. manat vəsait təmin edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz və yaxud 32,5 mln. manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 110,1 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 41,4 mln. manat vəsait daxil olub. Dövlət Neft Fondundan dövlət büdcəsinə 3561,6 mln. manat vəsait transfert edilib.

Büdcənin xərclərinə gəlincə, 2015-cü ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 85,0 faiz və yaxud 8577,9 mln. manat icra olunub. Qarşıya qoyulmuş bütün əsas öhdəliklər yerinə yetirilib. Cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 4423,2 mln. manatı və yaxud 51,6 faizi cari xərclərə yönəldilib. Cari xərclər əsasən büdcə təşkilatlarında çalışanların əmək haqqını, təqaüdlər və sosial müavinətləri, kommunal və kommunikasiya, abadlaşdırma xidmətləri haqqının ödənilməsini və digər zəruri xərcləri əhatə edir.

Dövlət büdcəsi xərclərinin 3855,3 mln. manatı və yaxud 44,9 faizi əsaslı xərclərə yönəldilib. Əsaslı xərclər ölkədə həyata keçirilən sosial və infrastruktur layihələrin, əsas vəsait, qurğu və avadanlıqların, xüsusi dövlət alışlarının və digər əsaslı ödənişlərin maliyyələşdirilməsinə sərf edilib.

Ümumi xərclərin 299,4 mln. manatı və yaxud 3,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (ödəniş vaxtı çatmış dövlət borcları və faizlər üzrə ödənişlər) yönəldilib.

Cari ilin altı ayında dövlət büdcəsində 770,7 mln. manat kəsir olub. Kəsir «Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2015-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb.

2015-ci ilin ikinci rübündə (aprel-iyun aylarında) dövlət büdcəsinin mədaxili 3868,4 mln manat, xərcləri isə 4388 mln manat icra olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm