DB Azərbaycanla əməkdaşlıq strategiyasını təsdiqlədi – YENİLƏNİR
Bizi izləyin

Ekopublika.az

DB Azərbaycanla əməkdaşlıq strategiyasını təsdiqlədi – YENİLƏNİR

Dünya Bankı (DB) icraçı direktorlar Şurası 2015-2020-ci illər müddətində Azərbaycanla əməkdaşlıq strategiyasını təsdiqləyib. Strategiya özündə iki istiqaməti birləşdirir. Birincisi, dövlət sektorunun idarə edilməsi və dövlət xidmətlərinin təqdim edilməsi, ikincisi, iqtisadi rəqabət qabiliyyəti. Bu iki istiqamətə 8 tapşırıq daxildir.

Birinci fokus-zona çərçivəsində DB ölkəyə resursların idarə edilməsinin təkmilləşdirilməsi, dövlət xidmətlərinin təqdim edilmə sahəsinin, ekoloji aktivlərin keyfiyyətinin yaxşılaşdırılmasında kömək edəcək.

İkinci fokus-zonada DB seçilmiş infrastuktur şəbəkələrinin təkmilləşdirilməsi, maliyyə inteqrasiyasının yaxşılaşdırılması, özəl sektora düşən normativ yükün azaldılması, rayonlarda iqtisadi aktivliyin artırılmasını nəzərdə tutur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm