Ən çox neft ehtiyatı olan ölkənin adı açıqlandı
Bizi izləyin

Ekopublika.az

Ən çox neft ehtiyatı olan ölkənin adı açıqlandı

“Vesti.ru” saytı dünyada ən çox neft ehtiyatı olan ölkələrin reytinq cədvəlini dərc edib. Analitik Maykl Koenin təqdim etdiyi ilk onluğun birinci pilləsində Venesuela yer alıb. Bu ölkənin təsdiq olunmuş neft ehtiyatları 298 milyard barreldir.

İkinci yerdə 269 milyard barrel neft ehtiyatı olan Səudiyyə Ərəbistanı, 3-ü sırada isə 173 milyard barrellə Kanada qərarlaşıb. Onluğun dördüncüsü 157 milyard barrel neft ehtiyatı olan İrandır.

Reytinqdə 5-ci yer İraqa, 6-cı yer Küveytə, 7-ci sıra isə Birləşmiş Ərəb Əmirliklərinə məxsusdur. Rusiya bu siyahıda 80 milyard barrel neft ehtiyatı ilə 8-ci sırada qərarlaşıb. Siyahıda Liviya 9-cu, Nigeriya isə 10-cu yerdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm