Sığorta haqlarının 60 faizindən çoxu könüllü əsasda toplanıb
Bizi izləyin

Ekopublika.az

Sığorta haqlarının 60 faizindən çoxu könüllü əsasda toplanıb

Bu ilin yanvar-iyun aylarında sığorta haqlarının 63,3%-i və ya 153,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur.

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov mətbuat konfransında deyib.

İcbari sığorta növləri üzrə yığımlar isə 89,1 milyon manat və ya bazarın 35,7%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 26,7% artıb.

Onun sözlərinə görə, ümumi ödənişlərin 77,7%-i və ya 71,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb: “Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 55,7% artıb".

İcbari sığorta növləri üzrə ödənişlər isə 22,3% və ya 20,5 milyon manat təşkil edib ki, bu da ötən ilin göstəricisindən 5,7 faiz çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 467 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 32,5 manat olub. İcbari sığorta üzrə toplanan hər 100 manat üzrə ödəniş isə ötənilki 27,6 manatdan 23 manatadək azalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm