Bakıda dəniz taksiləri olacaq
Bizi izləyin

Ekopublika.az

Bakıda dəniz taksiləri olacaq

Bakıda dəniz taksiləri olacaq

Yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov Milli Məclisin deputatları ilə görüşdə deyib.

Onun sözlərinə görə, dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsindək və əks istiqamətdə xidmət göstərəcəklər. Bundan başqa, o qeyd edib ki, belə taksilər gələcəkdə Bakı buxtasını hazırda abadlıq işləri aparılanı Nargin adası ilə birləşdirəcək. Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verir.

Q.Qurbanov bildirib ki, dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək: "Daha əvvəl buxtaya 3 gəzinti kateri, sonra isə 1 kater gətirilmişdi. Katerlər sifarişimiz əsasında Türkiyədə istehsal olunur".

O vurğulayıb ki, Bakı-Lənkəran marşrutu üzrə dəniz taksilərinin fəaliyyəti sərfəli deyil: "Dəniz yolu ilə Lənkərana 6,5 saata çatmaq olar. Bu da həm vaxt, həm də maliyyə baxımından sərfəli deyil".

Q.Qurbanovun sözlərinə görə, dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm