Sığortalanan əmanətlərin 69 faizi dollardadır
Bizi izləyin

Ekopublika.az

Sığortalanan əmanətlərin 69 faizi dollardadır

Bu ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin cəmi əmanətləri 7 561 mln. manat təşkil edib.

Əmanətlərin Sığortalanması Fondundan Publika.az-a verilən məlumata görə, fiziki şəxslərin əmanətləri ümumilikdə 884 milyon manat (13,2%), qorunan əmanətlər isə 1 452 mln.manat (46,9 %) artıb.

Kompensasiya olunan əmanətlər 437 milyon manat (25,9%) artaraq 2 122 milyon manat olub ki, bu da ümumi əmanətlərin 28%-ni təşkil edir. Üzv banklar tərəfindən 7 147 401 əmanətçiyə xidmət göstərilir ki, onların da 90%-i (6 444 188 nəfər) sığortalanan əmanətçilərdir. Sığortalanan əmanətlərin 69% - i ABŞ dollarının, 27% - i manatın, 4% - i avronun payına düşür.

6 ayın yekunlarına görə, Fondun sığorta ehtiyatları 103 mln. manat təşkil edib.

O da bildirilir ki, fondun sərbəst vəsaitlərinin idarə edilməsi investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaitlərinin 85,5 milyon manatı dövlət qiymətli kağızlarında yerləşdirilmiş və illik gəlirlilik orta hesabla 4,2 % təşkil edib. Fondun 5,0 mln. Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur. Fondun sərbəst vəsaitləri 11,4 mln. manat təşkil edib.

Cari ilin 6 ayının nəticəsinə görə Fondun gəlirləri 12,4 mln. manat olub ki, bunun da 10,6 mln. manatını sığorta haqları, 1,8 min manatını isə faiz gəlirləri olub. Fondun cəmi xərcləri 766,5 min manat təşkil edib.

2015-ci ilin II rübün sonuna Fondun iştirakçısı olan bankların sayı 44-dür.

Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm