Rusiya israrlıdır: Sloveniya “Türk axını”na qoşula bilər
Bizi izləyin

Ekopublika.az

Rusiya israrlıdır: Sloveniya “Türk axını”na qoşula bilər

“Sloveniya “Türk axını” qaz layihəsində tam qərar verəndən sonra iştirak edə bilər”.

Publika.az Tass-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedyev deyib.

Onun sözlərinə görə, Sloveniya həmişə “Cənub axını” layihəsinə konstruktiv münasibət bəsləyib və bütün variantlar onun alternativ layihələrdə iştirak etməyinə imkan yaradır.

Qeyd edək ki, “Türk axını” layihəsinin keçəcəyi marşrut ölkələri yolundan çıxsalar da Rusiya öz planını reallaşdırmaqda israrlı görünür. Belə ki, Türkiyə qiymət razılaşmasına, Yunanıstan iqtisadi böhrana, Serbiya və Makedoniya isə əhalinin etirazına görə bu layihədən çəkiliblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm