“Faiz tavanı” nəyi dəyişəcək?- AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

“Faiz tavanı” nəyi dəyişəcək?- AÇIQLAMA

Bu həftədən kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddi tətbiq edilməyə başlanılıb. Bunu Mərkəzi Bank kommersiya banklarına tövsiyə edib. Belə ki, istehlak kreditləri üzrə illik faiz dərəcələri 29, mikrokreditlər üzrə illik faiz dərəcələri 25 faizdən yuxarı olmayacaq.

İqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında deyib ki, kredit faizlərinin inzibati yolla məhdudlaşması liberal iqtisadiyyat prinsiplərinə zidd olsa da, Mərkəzi Bankın müdaxiləsini müştərilərin çaşdırılması və əksər hallarda aldadılması məqdul edib: “Mərkəzi Bank “faiz tavanını” qərarlaşdırmadığını, sadəcə tövsiyə etdiyini bəyan edə bilər ki, bu, qanunvericiliyə zidd deyil”.

O ki qaldı “faiz tavanı”nın nəyi dəyişəcəyinə, iqtisadçının fikrincə, bu təşəbbüsdə məqsəd faizlərin aşağı düşməsinə nail olmaqdan ibarətdir: “Güman olunur ki, kifayət qədər inzibati xarakter daşıyan sözügedən tövsiyə bankların faiz siyasətinə korrektələr etməsinə səbəb olacaq. Başqa tərəfdən, bir müddət öncə komision haqlarının məhdudlaşdırılması da bankların “yalançı faizlər”lə bağlı manevr imkanlarını məhdudlaşdırıb. Mərkəzi Bankın sektoral mənfəət normasının qorunub saxlanması üçün bankların ucuz kredit resurslarına, o cümlədən mərkəzləşdirilmiş kreditlərə çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünku yüksək gəlirə aulidə olan bankların “qara bazar” formalaşdırmaq cəhdləri də istisna edilmir. Təbii ki, daha uzunmüddətli və stabil faiz endirimləri üçün isə bank sektorunun liberallaşması, xarici kapitala mövcud məhdudiyyətlərin yumşaldılması və eləcə də rəqabətin gücləndirilməsi də vacibdir. Bununla yanaşı, gözlənilir ki, bəzi banklar və bank olmayan kredit təşkilatları öz kredit növlərinə dəyişiklik edərək faiz məhdudiyyətindən yayınmağa çalışacaqlar. Belə ki, məhdudiyyətlər istehlak və mikro kreditlərini əhatə etdiyindən banklar orta məbləğli kreditlərini biznes kreditləri kimi rəsmilləşdirməyə çalışaraq bu “qadağalardan” qaçmağa çalışacaqlar. Eyni zamanda, müştərilər də diqqətli olmalıdır ki, banklar onların kreditlərinə 1 faizdən artıq komissiya haqqı hesablamasın və ümumi fazilər 29 faizdən çox olmasın. Eyni zamanda, prosesə nəzarət üçün Mərkəzi Bankın monitorinqlərinin gücləndirilməsinə ehtiyac var.

Təbii ki, 2015-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən hər 6 aydan bir dövlət başçısına kredit faizləri ilə bağlı hesabat verən Mərkəzi Bank artıq real azaldılmış faizlər ilə öz hesabatını hazırlamalıdır. Uzun müddət effektiv bank faiz dərəcələri ilə spekulyasiya edən banklar komisiyon haqlarının məhdudlaşdırılmasından sonra artıq elan edilən real faizlərlə bazara daxil olmaq məcburiyyətində qalacaqlar. Faizlərin real azaldılması həmçinin bankların ucuz maliyyə resursları ilə təmin edilməsinin vacibliyini gündəmə gətirdi. Hər halda, son məhdudiyyət faizlərə təsir göstərəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm