• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanın boru kəmərlərinə təhlükə - ABŞ kəşfiyyatından xəbərdarlıq

Azərbaycanın boru kəmərlərinə təhlükə - ABŞ kəşfiyyatından xəbərdarlıq

ABŞ kəşfiyyatının leqal mərkəzi hesab olunan “Stratfor” analitik mərkəzi Rusiyanın Gürcüstanın içərilərinə doğru irəlilədiyi və Bakı-Supsa kəmərinə yaranan problemlərlə bağlı maraqlı məqalə hazırlayıb.

Publika.az xəbər verir ki, məqalədə bu ayın əvvəlində Rusiyanın dəstəklədiyi Cənubi Osetiya qoşunlarının birtərəfli qaydada Gürcüstanın Sitelubanin və Orçosanin kəndləri yaxınlığında sərhəd nişanları qurduğu qeyd olunur: “Yeni tutulmuş ərazinin yaxınlığından Bakı-Supsa boru kəməri keçir. Son bir neçə ildə Cənubi Osetiyanın Gürcüstan sərhədləri boyunca sərhədlərini yavaş-yavaş genişləndirdiyi tendensiyası müşahidə olunur. Bu, əsasən Qərbin Qara dəniz ərazisində hərbi təsirlərinin aktivləşdiyi bir zamanda Rusiyanın regionda öz hərbi mövqeyini möhkəmləndirməsi ilə bağlıdır. Lakin yaxın zamanlarda Rusiyanın aktiv hərbi əməliyyatlara başlayacağını demək çətindir”.

Məqalədə qeyd olunur ki, Gürcüstanın Qərbə inteqrasiyası və bunun fonunda regionda Türkiyə və Azərbaycanla hərbi əməkdaşlığını genişləndirməsi Rusiyanı narahat edir: “Bakı-Ankara-Tiflisin hərbi əməkdaşlığı hər şeydən öncə regionda strateji boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Moskva Gürcüstanın NATO ilə hərbi təlimlər keçirməsini də qəbul edə bilmir və bunu özünə qarşı təhlükə hesab edir. Bu baxımdan, Rusiya regionda öz təsir imkanlarını möhkəmləndirmək qərarını verib. Moskvanın Ermənistana silah almaq üçün 200 milyon kredit verməsi də regiondakı güc balansını dəyişdirmək istəyindən irəli gəlir”.

“Stratfor” yazır ki, Rusiyanın Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin keçdiyi ərazidə aktivləşməsi Qərbə mesajdır: “Moskva Qərbə demək istəyir ki, Xəzər və Avropa ticarət yolları üzərində güclü təsirə malikdir”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR