• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

EİBA-nın nümayəndə heyəti Energetika Nazirliyində olub

EİBA-nın nümayəndə heyəti Energetika Nazirliyində olub

Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın ( EİBA) prezidenti Gürkan Kumbaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti energetika nazirinin müavini Natiq Abbasovla görüşüb.

Nazirlikdən Publuika.az-a verilən məlumata görə, görüşdə 2016-cı il avqustun 28-31-də Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın ( EİBA) 1-ci Avrasiya konfransının keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Konfransın proqramının Energetika Nazirliyi, ADA universiteti, İqtisadiyyat və Sənaye Naziriyi ilə birgə hazırlanması razılaşdırılıb.

Bildirilib ki, EİBA dünyanın 110 ölkəsində üzvü olan qlobal qeyri-kommersiya təşkilatıdır və əsas məqsədi enerji iqtisadiyyatında marağı olan mütəxəssislərə fikir və təcrübə mübadiləsi üçün sahələrarası platforma yaratmaqdır. Konfransda müxtəlif ölkələrin iş adamları, alimlərinin bir araya gələrək ,Azərbaycanla yanaşı, Avrasiyanın enerji siyasəti,təchizatı və bu sahədəki mövcud vəziyyəti müzakirə etməsi planlaşdırılır.

Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın ( EİBA) prezidenti Gürkan Kumbaroğlu G20 sammitindən əvvəl noyabrın 14-də Azərbaycan, Rusiya və Türkiyənin enerji nazirlərinin iştirakı ilə görüşün planlaşdırıldığını da diqqətə çatdırıb. Qeyd edək ki, noyabr ayında Türkiyənin Antalya şəhərində G20 ölkələri rəhbərlərinin toplantısı keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR